ABŞ-ın məşhur hərbi elektron saytı olan "Global Firepower" dünya üzrə ölkələrin hərbi gücləri ilə bağlı araşdırma aaprıb.
Hafta.az-ın yazdığına görə, sayt ölkələrin hərbi hava qüvvələrinə dair apardığı araşdırmada onların malik olduğu təyyarə və helikopterlərin, digər hava vasitələrinin sayı, keyfiyyəti, pilotların və ümumiyyətlə, ordunun sayı, hərbi büdcələri nəzərə alınaraq siyahı tərtib edilib. Dünya hərbi hava qüvvələrinin 2022-ci il qabiliyyətini əks etdirən sözügedən siyahıda Azərbaycanın da adı var.
Hər zaman olduğu kimi, siyahıya yenə də ABŞ başçılıq edir. İkinci yeri Rusiya, üçüncü yeri isə Çin tutur. Ümumiyyətlə, siyahıda ilk onluq aşağıdakı kimi düzülüb: 1. ABŞ, 2. Rusiya, 3. Çin, 4. Hindistan, 5. Cənubi Koreya, 6. Yaponiya, 7. Pakistan, 8. Misir, 9. Türkiyə, 10. Fransa.
Siyahıda 11-ci pilləni Şimali Koreya, 12-ci pilləni Səudiyyə Ərəbistanı, 13-cü yeri İtaliya, 14-cü pilləni Tayvan tutsa da, tarixən dünya hərbi-siyasi düzənində mühüm rol almış Böyük Britaniyanın hərbi Hava Qüvvələri siyahıda 15-ci pillədə qərarlaşıb. Avropa iqtisadiyyatının lokomotivi sayılan Almaniya 18-ci, Yaxın Şərqdə öz hərbi qüdrəti ilə məşhur olan İsrail 19-cu, qonşu İran isə 22-ci yerdədir.
Siyahıda keçmiş sovet respublikalarından bəzilərinin adı da qeyd olunub. Bunlardan Ukrayna 33-cü, Qazaxıstan 42-ci, Belarus 47-ci, Özbəkistan 48-ci pilləni bölüşür.
Azərbaycan Həbi Hava Qüvvələri isə "Global Firepower"in araşdırmasına əsasən siyahıda 60-cı pillədə qərar tutur.