Düşənbədə beynəlxalq parlament konfransı işə başlayıb

10:30 11.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Düşənbədə Tacikistan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyi şərəfinə beynəlxalq parlament konfransı işə başlayıb.

Hafta.az-ın yazdığına görə, konfrans Tacikistan Respublikası Məclisi Alisinin təşəbbüsü ilə keçirilir və burada Tacikistan da daxil olmaqla 11 ölkənin parlament rəhbərləri iştirak edir.

Konfrans başlamazdan əvvəl Tacikistan parlamentinin yuxarı palatasının sədri Rüstəm Emomali parlament nümayəndə heyətlərinin başçıları ilə birlikdə “tacik xalqının keçmişinə hörmət və ehtiram əlaməti olaraq” İsmayıl Somoni abidəsini ziyarət ediblər.

Proqrama əsasən, konfrans parlamentin yeni binasının müxtəlif zallarında 4 sektorda baş tutacaq.

Bununla yanaşı, bölmələrdə millət vəkillərinin, məhkəmə hakimiyyətinin, hökumətin və mərkəzi icra hakimiyyətinin, elm və ali təhsil müəssisələri nümayəndələrinin, parlament nümayəndə heyətlərinin çıxışları yer alır.

Xatırladaq ki, dünən parlament nümayəndə heyətlərinin rəhbərlərini - beynəlxalq parlament konfransının iştirakçılarını Emoməli Rəhmon qəbul edib.