Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib

12:13 17.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.