Yazını böyüt
Yazını kiçilt
Bazar ertəsi səhər Əfqanıstanın şimal-şərqindəki Bədəxşan və Taxar əyalətlərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Əfqanıstanın milli seysmoloji mərkəzinin məlumatına istinadən Ariana News telekanalı məlumat yayıb. Zəlzələnin ocağı 135 km dərinlikdə yerləşib.
İlkin məlumatlara görə, yeraltı təkanlar Bədəxşan vilayətinin inzibati mərkəzi olan Faizabad şəhəri yaxınlığında və Taxar vilayətinin Fərxar rayonunda baş verib. Zəlzələnin fəsadları barədə hələ ki, məlumat verilməyib.