Əfqanıstana səfərinə dair bağlı məruzə ilə çıxış edən yazıçı Həmid Mahmudun ölkədə qadınların təhsili ilə bağlı qeydləri diqqəti çəkir.
Hafta.az-ın yazdığına görə, Mahmudun sitatları arasında Əfqanıstandakı İslam Əmirliyi administrasiyasının keçmiş ali təhsil naziri Şeyx Əbdülbaki Hakkaninin Türkiyədən “qız universitetləri” ilə bağlı dəstək istədiyi bildirilir.
Hesabatın müvafiq hissəsi belədir: “Bundan başqa, Əbdülbaki bir müddət Türkiyədə olduğunu və əfqanların öz dini və mədəni normaları çərçivəsində qızlar üçün institut və universitetlərin yenidən qurulmasında kömək istədiklərini vurğulayıb, lakin onlar heç bir dəstək almadı”.
Əbdülbakinin sözlərinə görə, "dünya sizi dəstəkləməyə maraqlı deyil" deyən görüşdüyü bir türk rəsmisi "Qərb bunu istəmir" bildirib. Əbdülbaki "niyə" deyə soruşduqda, görüşdüyü türkiyəli nazir, "Onlar bir İslam dövlətinin tərəqqisini və inkişafını istəmirlər. Amerikalılar və Birləşmiş Millətlər koalisiyası müharibədə məğlub oldu və bu, onların sayəsindədir" deyib.
“Mepa News” qeyd ebir ki, bu söhbətlərin hər ikisini bir neçə gün əvvəl Pağmanda görüşdükləri Əfqanıstan Təhsil Nazirliyinin Pağman rayon ofisindəki bir məmur təsdiqləyib.