Egey dənizində zəlzələ baş verib

16:47 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Ankara vaxtı ilə saat 14:48-də qeydə alınan yeraltı təkanların episentri Türkiyənin ən böyük adası Gökçeadadan 126 kilometr aralıqda, dənizin 18,76 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin ciddi fəsadları barədə məlumat yoxdur.