Eksklüziv sovet dükanları qayıdır

09:25 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskva və Sankt Peterburqda rüsumsuz mağazaların açılması planlaşdırılır.

Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatı xəbəri “Beryozkalar qayıdır” başlığı ilə açıqlayıb. Sovet İttifaqı illərində əcnəbilər, eləcə də “yol tapan” sovet vətəndaşları Beryozka adlı xüsusi mağazalarda xarici valyuta ilə alış-veriş edərək bazarda nadir məhsullara çata bilirdilər.

Xarici İşlər Nazirliyinin RİA agentliyinə verdiyi açıqlamaya görə, hazırda belə mağazaların açılması üçün işlər aparılır. Nazirlikdən bildirilib ki, mağazalar diplomatlara və onların ailə üzvlərinə xidmət göstərəcək.

Xəbərdə hökumətin bununla bağlı 26 iyul 2022-ci il tarixli qərarının verildiyi barədə məlumatlar yer alıb. Qurulması planlaşdırılan mağazalarda qiymətlər rubl, dollar və avro ilə müəyyən ediləcək.

Nazirlik bildirir ki, mağazalardan alış-veriş edəcək şəxslərin kimliyi özləri müəyyən edəcək.

Beryozka tipli eksklüziv mağazalar Mixail Bulqakovun məşhur “Ustad və Marqarita” romanında da qeyd olunub.

Siyasət rubrikasından digər xəbərlər