Yazını böyüt
Yazını kiçilt
Seyf əl-Adel “Əl-Qaidə” terror təşkilatının yeni lideri olub.
Bu barədə Əfqanıstanın 1TV telekanalı BMT Təhlükəsizlik Şurasının “İslam Dövləti”nə (İŞİD) qarşı sanksiyalar üzrə komitəsinin hesabatına istinadən məlumat yayıb.
Seyf əl-Adel Misir vətəndaşıdır. Onun 62 yaşı var. O, hazırda İrandadır.
Əvvəllər Ayman əl-Zəvahiri 2022-ci il avqustun 2-də ABŞ tərəfindən öldürülənə qədər Əl-Qaidənin lideri hesab olunurdu.
İyulun 31-də Kabildə terror təşkilatının lideri olduğu güman edilən evə pilotsuz təyyarədən iki Hellfire raketi atılıb.