Əlcəzairdə Appelyasiya Məhkəməsi 38 nəfərə ölüm hökmünü təsdiqlədi

10:29 24.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair Cəza Apellyasiya Məhkəməsi 2021-ci ilin yayında Kabiliyə bölgəsində yanğınlar törətməkdə səhvən ittihamlanan Camel Ben İsmayılın döyülməsi işi üzrə mühakimə olunan 38 nəfərə verilən edam hökmlərini təsdiqləyib.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, bədbəxt hadisədən sonra Camel Ben İsmailin yanğınları söndürmək üçün könüllü olaraq bölgəyə getdiyi öyrənilib.

Bu arada, Cinayət Apellyasiya Məhkəməsi ölüm hökmlərini qüvvədə saxlasa da, onları avtomatik olaraq ömürlük həbslə əvəz edib.

Əlcəzair 1993-cü ildən ölüm hökmünün icrasını dayandırıb.

Xatırladaq ki, Əlcəzair Məhkəməsi 2022-ci ilin noyabrında bu iş üzrə mühakimə olunan 94 nəfərdən 49-na ölüm hökmü çıxarıb.