Əlcəzair Azadlıq mübarizəsi dövründə (1954-1962-ci illər) Milli Qurtuluş Cəbhəsində döyüşmü olaraq iştirak edən milli aktivist Cəmilə Bupaça, prezident Əbdülməcid Tebbun tərəfindən Milli Xalq Məclisinə seçilməsi üçün edilmiş təklifə "yox" cavabı verib.
Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, xanım Bupaça deyib ki, bu yaşda siyasətə qatılmaqdansa, ömrünü daha sakit keçirmək istərdi.

Xatlırladaq ki, Əlcəzair azadlıq mübarizəsinin ikonası sayılan Cəmilə Bupaçanın dövlət başçısının ona göstərdiyi ehtirama verdiyi cavabı Gənc Üfüqlər və Bacarıqlar Dərnəyinin sədri Nacera Douagui öz sosial media hesabından paylaşıb. Açıqlamada deyilir:
"Rəsmi şəxslər tərəfindən mənə edilmiş bu təklif üçün çox təşəkkür edirəm. Amma təklifi qəbul eləmədim. Bu səbəbdən də istəyirəm ki. ictimaiyyət Cəmilə Bupaçanın heç də Məclisdə olmayacağını bilsin. Qardaşlarımla birlikdə ölkəmə mücahid olaraq hidmət etdim. O zamandan bəri sadə bir vətəndaş olaraq həyatımı yaşamağa davam etdim və ömrümün sonunadək də bu cür davam etmək istəyirəm".

Xatırladaq ki, bir neçə gün əvvəl prezident tebbun Cəmilə Bupaça və keçmiş daxili işlər naziri Dahu Ould Kablia da daxil olmaqla, Milli Xalq Məclisinin 26 üzvünün adlarını açıqlamışdı. Amma vaxtilə portretini Pikasso çəkən Bupaça mandatdan imtina edib. Ümumiyyətlə, xanım Bupaça 1962-ci ildə qazanılan müstəqillikdən sonra təklif edilmiş bütün vəzifələri rədd edib.
Qeyd edək ki, Bupaça 1960-cı ildə İbn Haldun Teatrında (Fransa müstəmləkəçiliyi dövründə Pyer Burdieu) salona yerləşdiriləcək bombanı içəri keçirmək istəyərkən tutularaq edam cəzasına məhkum olunmuşdu. Ancaq Əlcəzairin müstəqilliyinə hazırlıq məqsədilə "Evian Anlaşmaları" imzalandıqdan sonra ölüm hökmü üzərindən götürülüb və 1962-ci ildə azadlığa çıxıb.