Yazını böyüt
Yazını kiçilt
Elə məhsullar var ki, onların qiymət artımı nüvə rolunu oynayır və şaxələnərək bütün sahələrə təsir edir. Tutaq ki, su, qaz, işıq.
Bu fikirləri hafta.az-a sabiq millət vəkili, iqtisad elmlər doktoru Əli Əlirzayev deyib:
"Bunların üzərində ciddi nəzarət olmalıdır. Son vaxtlar kommunal xərclər də əhəmiyyətli dərəcədə artıb. Razıyam ki, bəzi məhsullarla qiymət özü də idxal olunur. Əgər dünyada qiymət artırsa, məcbursan sən də qiyməti artırasan. Amma onu kompensasiya etmək üçün başqa imkanlardan istifadə etmək lazımdır”.