Əliyev və Paşınyan yaxın günlərdə yenə Moskvada görüşə bilər

12:12 21.12.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin sonuna qədər Rusiyada daha bir görüş keçirə bilər.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazıb.

Qəzetin iddiasına görə, Brüsseldə reallaşan Paşinyan-Əliyev görüşü bu il üçün heç də sonuncu görüş olmaya bilər:

"Xarici İşlər Nazirliyindəki mənbənin dediyinə görə, Ermənistan və Azərbaycan liderləri bu il daha bir görüş keçirəcəklər. Və yenə Rusiyada. Bizdə məlumat var ki, görüş baş tutsa, yekun olacaq”.

İlkin məlumata görə, yeni iclas geniş tərkibdə keçiriləcək. İclasda dövlət başçılarından başqa, üçtərəfli komissiyanın üzvləri - baş nazirin müavinləri Aleksey Overçuk, Mher Qriqoryan və Şahin Mustafayev, müdafiə nazirliklərinin rəhbərləri və xarici işlər nazirləri iştirak edəcəklər.

Qəzet əmin edir ki, görüşlə bağlı hələlik rəsmi məlumat olmasa da, məlumatın “görüşdən bir-iki gün əvvəl açıqlanacağını istisna edilmir”.

Siyasət rubrikasından digər xəbərlər