Elm və təhsil naziri Dünya Təhsil Forumunda çıxış edib

16:41 09.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti London şəhərində ənənəvi formatda keçirilən Dünya Təhsil Forumunda iştirak edir.

Nazirlikdən hafta.az-a bildirilib ki, Emin Əmrullayev forumun “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyasında çıxış edib.

Nazir təhsilin davamlılığı baxımından görülən işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə tədrisin bərpası haqqında forum iştirakçılarını məlumatlandırıb.