Yazını böyüt
Yazını kiçilt
Əməkdar artist Elxan Qasımov vəfat edib.
Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci ilin 24 aprelində Naxçıvanda anadan olub. O, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə, 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
Elxan Qasımovun bu ilin may ayında səhhətində problemlər yaranıb və özəl xəstəxanaların birində əməliyyat olunub. Ona aorta anevrizmasının partlaması diaqnozu qoyulub və bu günə qədər xəstəxanada reanimasiyada müalicəsi davam etdirilib.
Əməkdar artist sabah dəfn olunacaq.
Allah rəhmət eləsin!