Əmisinin evindən oğurluq etdi

10:14 03.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu şəhəri ərazisində yerləşən evdən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ümumi dəyəri 5 min manata yaxın olan müxtəlif məişət əşyalarının, tikinti materiallarının və avtomobilin ehtiyyat hissələrinin naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qardaşlar Roman və Ceyhun Kərimovlar, eləcə də zərərçəkmişin qardaşı oğlu Ceyhun Səlimov saxlanılıb.

Onlar əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri əşyaları dəfələrlə aşağı qiymətə satdıqlarını bildiriblər.Oğurladıqlarının bir qismi isə həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Oxunma sayı 833