Ən amansız MMA döyüşçüləri Dağıstanda yetişir

10:52 18.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyanın ən yaxşı qarışıq döyüş sənətləri (MMA) idmançıları Dağıstanda yetişir.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, bunda Dağıstandakı ağır həyat şəraiti mühüm rol oynayır.

İslam Mahaçev və Həbib Nurməhəmmədov Dağıstandan olan qarışıq döyüş sənəti ustaları arasındadır. Yeni nəsil döyüşçülərin favoritlərindən olan İbrahim İbrahimov indiyədək keçirdiyi 9 döyüşdə məğlub olmayıb.

20 yaşlı döyüşçü deyib: “Dağıstanda kişilər həqiqətən döyüşçü olmaq istəyirlər. Avropada isə döyüşçü olmaq istəyənlər çox deyil. Sanki döyüşürlərmiş kimi hərəkət edirlər, amma hamısı olmasa da, 30 - 50 faizi sadəcə İnstaqramda görünmək üçün döyüşür.

Nurməhəmmədov da daxil olmaqla bir çox dağıstanlı döyüşçü ilə çalışmış məşhur MMA məşqçisi Mixael Lyubimov deyir ki, Rusiya idmançıları ABŞ-a gələndə artıq təcrübəli olurlar. O deyir ki, Dağıstanda bir çox kişi “çarəsizlikdən gənc yaşda döyüşməyə başlayırlar”:

Bundan əlavə, Lyubimov deyir ki, Dağıstandakı döyüşçülərin inancları onların uğurlarının mühüm hissəsidir. Əksəriyyəti müsəlman olan bu döyüşçülər içki içmədiklərini, kef məclisləri qurub əylənmədiklərini, vaxtlarını döyüş texnikalarını təkmilləşdirməyə sərf etdiklərini deyirlər.

Məşqçi deyir ki, bütün bu elementlərin birləşməsi Dağıstanlı MMA idmançılarını “amansız döyüşçülərə” çevirir.

Dağıstanla qonşu Çeçenistandan olan İsmayıl İsrailov da deyib ki, MMA ilə məşğul olmaq qərarını uşaqlıqda yaşadığı çətinliklər formalaşdırıb: “Biz dağların arasında - yoxluğun ortasında yaşayırıq. Ətrafınıza baxırsınız və heç nə yoxdur. Bizə qalan yalnız döyüşməkdir”.