Ən çox F-16 təyyarəsi olan ölkələr

09:10 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hazırda dünya hərbi aviasiyası 5-ci nəsil döyüş təyyarələri əldə etməyə çalışdığı bir vaxtda uzun illərdir dünyanın ən yaxşı qırıcıları olan F 16-ların inventardan çıxarılmasına başlanılıb.

Hafta.az-ın yazdığına görə, buna baxmayaraq 4.5 nəsil döyüş təyyarəsi olan F-16-lar hələ yaxın onildə xüsusilə NATO ölkələrinin ən etibarlı silahı olaraq qalacaq.

“FlightGlobal”ın 2024-cü il  Dünya Hava Qüvvələri kataloquna əsasən dünyada ən çox F 16 təyyarələri olan ölkələrin siyahısı açıqlanıb. Həmin siyahı aşağıdakı kimidir:

ABŞ-da 897 ədəd, Türkiyədə 243 ədəd, İsraildə 224 ədəd, Misirdə 218 ədəd, Cənubi Koreyada 167 ədəd, Yunanıstanda 154 ədəd, Tayvanda 137 ədəd, Pakistanda 75 ədəd və Sinqapurda 60 ədəd.

Siyasət rubrikasından digər xəbərlər