Ən çox orqan donoru olan ölkələr

09:25 14.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illər orqan çatışmazlığından əziyyət çəkən insanları xilas etmək üçün dünyasını dəyişmiş insanların orqanlarının köçürülməsinə icazə verilməsi üçün ciddi səylər göstərilir.

Hafta.az-ın yazdığına görə, eyni zamanda, böyrək kimi orqanların birini təklif edən sağlam insanlar da az deyil, amma onlar adətən öz yaxınlarına lazım olduqda bunu edirlər.

“Qlobal Orqan Donorluğu Dərəcəsi 2023” adlı hesabata görə, ayrı-ayrı ölkələrdə donorluğun səviyyəsi heç də eyni deyil. Hər bir milyon nəfərə düşən donorların sayına görə İspaniya dünyada birinci yerdədir. Bu ölkədə hər bir milyon insana 47,0 donor düşür. İkinci yerdə olan ABŞ-da 44,5, üçüncü pillənin sahibi olan Portuqaliyada isə hər bir milyon insane üçün 31,5 donor var.

Bu rəqəm siyahıda dördüncü olan Avstriyada 24,4, beşinci olan Böyük Britaniyada 20,6, Almaniyada 10,4, Yunanıstanda 6,7, Türkiyədə 3,4 və Səudiyyə Ərəbistanında 3,3 donordur.