Ən varlı rusiyalıların aylıq gəliri nə qədərdir?

10:22 16.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynaya qarşı müharibə səbəbindən əhalinin iqtisadi vəziyyəti çox ağırlaşan Rusiyada cəmiyyətin ən varlı təbəqəsinin orta gəlirləri müəyyən edilib.

Hafta.az-ın yazdığına görə, Ali İqtisadiyyat Məktəbinin araşdırmasına əsasən, ölkə əhalisinin ən zəngin 10 faizinin adambaşına düşən orta aylıq gəliri 227 min rubl (2588 dollar) təşkil edir.

Rusiyanın ən varlı adamlarının 20 faizi ayda 300-400 min rubl (3400-4530 dollar), 18 faizi 100-200 min rubl (1130-2260 dollar) qazanır. Bu seqmentdə ayda 900 min rubl (10200 dollar) gəlir əldə edən insanların nisbəti 8-9 faiz civarındadır.