Ər-Riyadda “Səhiyyə Sektorunun Transformasiya Proqramı” adlı forum keçiriləcək

09:32 27.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanında 2030-cu il hədəfləri çərçivəsində həyata keçirilən “Səhiyyə Sektorunun Transformasiya Proqramı” gələn həftə ölkənin paytaxtı Ər-Riyadda işə başlayacaq. Forum innovasiyaların gələcəyini yaxşılaşdırmaq, sektora investisiya üçün üfüqlər açmaq, insan sağlamlığı və investisiya imkanlarından faydalanmaq məqsədi daşıyır.

Hafta.az-ın yazdığına görə, Forum Səudiyyə Ərəbistanının səhiyyə naziri Fəhd əl-Cəlacilin himayəsi altında dünyanın hər yerindən mütəxəssis həkimləri, xəstəxana rəhbərlərini, özəl sektoru və yüksək səviyyəli dövlət rəsmilərini bir araya gətirəcək.

Görüş səhiyyə sahəsində innovasiyalar, texnologiya və investisiyalar dünyasına işıq salmaqla davamlı sağlamlıq gələcəyini qurmaq məqsədi daşıyır.