Ərdoğan koronavirusdan sağalıb

21:00 10.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirus (COVID-19) infeksiyasından sağalıb.

Hafta.az  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın koronavirus testləri neqativ çıxıb.

Xatırladaq ki, koronavirusun bəzi simptomlarından dolayı fevralın 5-də R.T.Ərdoğanın verdiyi test pozitiv çıxmışdı.