Ərdoğan Putinlə telefonla danışıb

20:13 30.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər iki ölkə arasında mövcud münasibətləri, eləcə də bölgədəki və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Söhbət zamanı Ərdoğan Putinə İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüş keçirməyi təkif edib.