Yazını böyüt
Yazını kiçilt
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanğın ərazilərini helikopterdən izləyib.
Hafta.az bu haqda “TRT Haber”-ə istinadla xəbər verir
Məlumatda deyilir ki, dövlət başçısı bugünkü bütün proqramlarını təxirə salıb. Ərdoğan meşə yanğınlarının baş verdiyi Antalyaya gəlib.
Prezident Antalyanın Manavgat rayonundakı yanğın ərazilərini helikopterdən izləyib. Kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli Ərdoğanı yanğının söndürülməsi işlərinin gedişatı ilə bağlı məlumatlandırıb.
Rəcəb Tayyib Ərdoğanın Antalyadan sonra Muğlanın Marmaris bölgəsinə gedəcəyi bildirilib.