Ərdoğan yenidən Putinlə görüşəcək

16:13 09.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi və taxıl sazişini müzakirə etməyi planlaşdırır. Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Vaxit Kirişçi “A haber” telekanalının efirində bildirib.

Bundan əvvəl Türkiyə lideri Rusiya Federasiyasının rəhbəri ilə Afrikanın ən kasıb ölkələrinə pulsuz Rusiya taxılının və gübrələrin göndərilməsi imkanları barədə razılığa gəldiyini bildirmişdi.

“Gələn həftə İndoneziya G-20 liderlərinin sammitinə ev sahibliyi edəcək, orada hörmətli cənab Putinlə görüşdə Ərdoğan yenidən bu məsələni gündəmə gətirəcək, ondan sonra proses sürətlənəcək”, – Kirişçi paylaşıb.

Noyabrın 15-16-da İndoneziyanın Bali adasında İyirmilər Qrupu (G20) sammiti keçiriləcək. Prezident Putinin tədbirdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Siyasət rubrikasından digər xəbərlər