Yazını böyüt
Yazını kiçilt
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
"Nazir Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.