Ərdoğanın səfəri bir daha Türkiyənin yanımızda olduğunu göstərir - Politoloq

17:03 26.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Türkiyə prezidentinin Azərbaycana gəlişi, xüsusilə Füzuli aeraportunun açılışında iştirakı qardaş, müttəfiq dövlət kimi Azərbaycanın yanında olduğunu göstərir. 

Bu fikirləri hafta.az-a politoloq Fikrət bildirib.

Politoloq qeyd edib ki, Türkiyə ilə Azərbaycan Şuşada “Şuşa Bəyannaməsi”nə imza atıb. Bu bəyannamədə yer alan müddəalar onu göstərir ki, Türkiyə bir çox məsələlərdə, o cümlədən təhlükəsizlik, sabitliyin qorunması, yarana biləcək təhlükələrdə Azərbaycanın yanında olacaq. Türkiyə həm də xoş günlərində Azərbaycanla birgədir.

Politoloq hesab edir ki, Moskvada keçiriləcək üçtərəfli görüş Rusiyanın regionda aparıcı oyunçulardan biri olduğunu göstərir.

“Rusiya bir tərəfdən Ermənistanda Rusiya meyilli qüvvələrin dəstəklənməsində maraqlıdır, bir tərəfdən də Rusiyaya loyal olan xarici siyasət kursunu həyata keçirərək Azərbaycanla strateji əməkdaşlıq xəttini inkişaf etdirmək niyyətindədir.  Bu, hər halda Azərbaycan-Rusiya münasibətlərində özünü göstərir”.

F.Sadıqov hazırda regionla bağlı mövcud problemlərin sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də sülh sazişi ilə bağlı olduğunu qeyd edib.

“Aydın məsələdir ki, Ermənistan bu istiqamətdə bir sıra əngəllər yaratmağa çalışacaq. Ola bilər ki, burda hərbi əsirlərin qaytarılması, Rusiyadan Ermənistana hansısa bir yolun açılışı xüsusi yer alsın. Bir sıra məsələlərdə, o cümlədən  Zəngəzur dəhlizinin açılmasında da müəyyən şərtlər qoyula bilər. Təbii ki, maraqlarımıza cavab verməyəcəksə biz bunu yerinə yetirmək məcbiriyyətində deyilik. Dövlət başçımız da bunu xüsusilə qeyd edib ki, əgər kimsə bundan sonra da bizə problem yaratmaq və əngəllər törətmək istəsə, onda biz axıra qədər gedəcəyik. Prezident demişdi ki, biz öz maraqlarımıza uyğun addımları atmalıyıq.  Çünki bu regionda, Cənubi Qafqazda stabillik yaranmalıdır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Torpaqları azad etmişik, və əgər kimsə düşünürsə ki, biz bundan sonra oturub susacağıq, kimlərinsə tələblərini yerinə yetirəcəyik, artıq yanılır. Biz geosiyasi vəziyyəti dəyişdirdik, bundan sonra da bu çərçivədə addımlarımızı atmağa hazırıq”-deyə, F.Sadıqov proseslərin nəzarətdə olduğunu vurğulayıb.  

Oxunma sayı 166