Ərəb gənclər Türkiyə və Çini güclü müttəfiqlər kimi görür

11:30 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ərəb ölkələrində yaşayan gənclərin üçdə ikisindən çoxu Türkiyə və Çini “güclü və ya qismən güclü” hesab edir.

Hafta.az-ın yazdığına görə, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Ərəb Gənclər Araşdırmaları adlı təşkilat ərəb ölkələrinin 53 şəhərində 3600 ərəb gənclə üzbəüz sorğu keçirib və nəticəsini yayımlayıb. Sorğunun nəticələrinə görə, ərəb gənclər Türkiyə və Çini Qərb ölkələrindən daha “güclü və ya qismən güclü müttəfiq” kimi xarakterizə edib.

Hesabatda deyilir ki, 18-24 yaş arası ərəb gənclərin 82 faizindən çoxu Türkiyəni, 80 faizi isə Çini “güclü və ya qismən güclü müttəfiq” görür.

Ərəb gənclərin nəzərində “güclü və ya qismən güclü müttəfiq” olan ölkələrin reytinqi belədir: 1. Qətər, 2. Küveyt, 3. Misir, 4. BƏƏ, 5. Səudiyyə Ərəbistanı, 6. Türkiyə, 7. Çin, 8. İngiltərə, 9. Almaniya, 10. Fransa, 11. Hindistan, 12. ABŞ...

Siyasət rubrikasından digər xəbərlər