Ərəb Liqasının fövqəladə iclası noyabrın 11-də Ər-Riyadda keçiriləcək

09:50 01.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanındakı mənbə Fələstin məsələsi və Qəzza müharibəsini müzakirə etmək üçün noyabrın 11-də Ər-Riyadda Ərəb Liqasının fövqəladə Sammitinin keçiriləcəyini bildirib.

Hafta.az-ın yazdığına görə, Ərəb Liqasının Zirvə Toplantısının Ər-Riyadda keçirilməsi planlaşdırılan Ərəb Liqası - Afrika Sammiti ilə eyni gündə keçiriləcəyi deyilir.

Bu arada, Ərəb Liqası - Afrika Sammitində üzv dövlətlərin maraqlarını narahat edən siyasi və iqtisadi məsələlər müzakirə olunacaq.

Ərəb Liqasının Sammitinin əsas mövzusunun gözlənildiyi kimi, Fələstin məsələsi və Qəzza müharibəsi olduğu və tədbirin təşkili ilə bağlı hazırlıqların sürətlə aparıldığı bildirilib.

Fələstin prezidenti Mahmud Abbasın dini işlər və islami əlaqələr üzrə müşaviri Şeyx Mahmud Həbbaş “Alemul Arabi” xəbər agentliyinə (AWP) verdiyi açıqlamada bildirib ki, Abbasın noyabrın 11-də Səudiyyə Ərəbistanında çağırdığı fövqəladə sammitin keçirilməsi üçün ərəb ölkələri arasında razılıq var.

Fələstin rəhbərliyinin Qəzzada müharibəni dayandırmaq üçün hər cür səyi təqdir etdiyini bildirən Habbaş, “Hazırda prioritet hücumu dayandırmaqdır. Biz Qəzza zolağında müharibəni dayandırmaq üçün hər şeyi etməyə hazırıq”deyib.

Qəzza böhranını müzakirə etmək üçün oktyabrın 11-də Qahirədə toplaşan Ərəb Liqası xarici işlər nazirləri səviyyəsində fövqəladə toplantı keçirib.

Siyasət rubrikasından digər xəbərlər