Səudiyyə Ərəbistanının Musiqi Komissiyası və Maestro Nasir Şammanın rəhbərlik etdiyi Ərəb Ud Evi bu gün Ər-Riyadda öz filialını açıb.
Hafta.az-ın yazdığına görə, müəssisə ud və fleyta, violonçel və skripka kimi digər musiqi alətlərində ifa üsullarını öyrədir. Ud Evi ərəb mədəniyyətinin və udun əhəmiyyəti haqqında məlumatlılığın yayılmasına kömək edir və peşəkar ud ifaçılarının qlobal birliyini yaradır.
Ərəb Ud Evinin kurikulumu müxtəlif musiqi ifa üsullarının öyrənilməsini, tələbələrin musiqi əsərlərini, müxtəlif musiqi məktəblərini və musiqi simvollarını başa düşmələri üçün təchiz etməyi nəzərdə tutur.

Məlumata görə, burada bir müddət keçiriləcək məşqlərdən sonra tələbələr konsertlərdə iştirak edə bilərlər.
Riyad Ud Evinin (Riyadh Oud House) yaradılması Musiqi Komissiyasının regional və beynəlxalq musiqi kadrlarını cəlb etmək və beynəlxalq standartlara uyğun kurikulumlar yaratmaq səylərinin bir hissəsidir.
Məqsəd Səudiyyə Ərəbistanı Krallığında musiqi sənayesini inkişaf etdirmək, yerli istedadları yetişdirmək və gücləndirməkdir.
Musiqi Komissiyası udda ifa texnikasını öyrənmək istəyən hər kəsi https://engage.moc.gov.sa/reg_form/tracks/2853/new saytında qeydiyyatdan keçməyə dəvət edib.
Qeydiyyat avqustun 22-dən sentyabrın 2-dək davam edəcək.