Yazını böyüt
Yazını kiçilt
Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.
Bu barədə hafta.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir:
https://twitter.com/wwwmodgovaz", deyə məlumatda qeyd olunub.