Ermənilər ruslara yalvarır – “BİZƏ DRONLAR VERİN”

16:50 06.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökuməti ehtiyatda olan əsgərlər və zabitlərin növbəti qismi üçün 3 ay müddətində - 15 sentyabr-15 dekabr 2021-ci il tarixləri arasında təlim keçməsi haqqında fərman verib. Məlumata görə, “proses davamlı olacaq, önümüzdəki illərdə yeni hissələr və yeni ehtiyatçılar cəlb ediləcək. Avqustun 25 -də ehtiyatda olanların təlim-məşq toplanışının dörddə biri artıq başlayıb və noyabrın 25-də başa çatacaq. Kapitulyant ölkə bu toplanışlarla nəyə hazırlaşır, gerçəkdənmi özünə normal ordu qurmağı və müharibəyə hazırlaşmağı xəyal edir?

Politoloq Elxan Şahinoğlu hafta.az-a şərhində Ermənistanın hərbi təlimlərlə bağlı çıxışlarını daxili auditoriyaya ünvanlanmış özünüsığırta manipulyasiyası adlandırıb. Onun sözlərinə görə, Azərbaycan ordusu 44 günlük müharibədə Ermənistana çox böyük zərbələr vurub.   Belə ki, Ermənistan hərbi texnikasının 80 faizi, 5 min nəfərdən çox canlı qüvvəsi məhv edilib. Politoloq hesab edir ki, ermənilər hərbi təlimlər keçirməklə öz cəmiyyətlərinə hələ müqavimət göstərmək imkanına malik olduqlarını göstərməyə çalışırlar.

“Əks halda Ermənistan tam məğlubiyyətini etiraf etməli olacaq. Ona görə də gözə kül üfürmək, görüntü yaratmaq üçün hərbi təlimlərlə bağlı səs-küy salıblar.  Aydındır ki, Ermənistanın böyük təlimlərə gücü çatmaz. Bu saat Rusiyadan aslıdırlar və Rusiyaya yalvarırlar ki, onlara dronlar, hərbi texnika versinlər. Həm də ermənilər Azərbayacanın Türkiyə ilə birgə hərbi təlimlər keçirdiyini böyük həyəcanla izləyirlər. Buna hansısa formda cavab verməyə çalışırlar”. 

E.Şahinoğlu hesab edir ki, sərhəddə baş verən atışmalar, ermənilərin atəşkəsi pozması, terror əməlləri ilə müşahidə olunan hərəkətlərinin fonunda Rusiya hərbçilərinin dayanmasının erməni faşistlərinin müharibəyə hazırlıq ehtimalını yüksəldə bilər.  Onun sözlərinə görə, Ermənistanın faciəsi odur ki, qonşu dövlətə qarşı olan ərazi iddialarından əl çəkmir, müharibədə uduzan dövlət kimi özünü yenidən bərpa etməyə çalışsa da, buna imkanları yoxdur və yalnız Rusiyadan dilənə bilər və  Azərbaycan ərazilərində təxribatları davam etdirməyə çalışırlar.  Politoloq hesab edir ki, bütün bunların fonunda toqquşma ehtimalı qalır.

“Biz istənilən zaman antiterror əməliyyatları keçirdə bilərik. Və bu, onlara növbəti ağır zərbə olcaq. Ermənilər düşünürələr ki, əgər bölgədə rusiyalı hərbçilər yerləşibsə, Rusiya hərbçiləri onları tam himayə edəcək və Azərbayacan ordusu səssiz qalacaq. Lakin rəsmi olaraq hərbi nazirimiz bildirib ki, biz lazım olan anda Rusiya sülhməramlılarının arxasında gizlənən erməni separatçılarını məhv etməyə hazırıq”.

Politoloq hesab edir ki, Azərbaycana qarşı təxribatlar davam edir.  Yenə də erməni- rus saytlarında Qarabağı “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edirlər.  Onun fikrincə, rus sülhməramlılarının 50 metrlik bayrağı Xocalıda qaldırması, Laçında bizə qarşı keçirdikləri təlimlər bizə qarşı aparılan əks siyasətdir. Və təbii olaraq cəmiyyətdə belə bir fikir var ki, rusiyalı hərbçilər bölgəni tərk etməlidir. 

“Hakimiyətin də münasibəti belədir. Bu günlərdə Hikmət Hacıyevin bir açıqlaması ilə qarşılaşdım. Orada bildirilirdi ki, müvəqqəti bölgədə yerləşdirilən hərbçilər daimi qala bilməzlər. Yəni 5 ilin 1-ili keçib. Biz elə etməliyik  ki, rus hərbçiləri o müddətdən artıq qalmasın. Əks halda bölgədə təxribatlar davam edəcək”.