Ermənilər Şuşanın Turşsu qəsəbəsində qanunsuz məskunlaşmaqda davam edir

19:41 01.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dəyərli oxucuları müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin nəzarətində qalan və ermənilərin məskunlaşdığı Azərbaycan yaşayış məntəqələrinin bugünkü durumu ilə tanış etməkdə davam edirik.

Şuşa rayonunun “Lisaqor” adlandırılmış Turşsu qəsəbəsində qanunsuz məskunlaşmış haylar internet, mobil rabitə, su təchizatı ilə bağlı problemlərdən şikayətlənirlər.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlərə qəsəbədəki qondarma hay icmasının qanunsuz rəhbəri Qaqik Nəsibyan danışıb.

Onun sözlərinə görə, kəndə qaz verilişi 44 günlük müharibə başa çatdıqdan 3 ay sonra bərpa olunub.

“Bu il  xarici su xətti çəkilsə də, daxili şəbəkə çəkilməyib. Sakinlər suyu mənzillərinə vedrələrlə aparırlar. Elektrik enerjisi yalnız səhər və axşam saatlarında verilir”- deyə Q.Nəsibyan bildirib.

Ümid edirik ki, tezliklə Azərbaycan dövləti Şuşa rayonunun digər yaşayış məntəqələri ilə yanaşı, Turşsu qəsəbəsini  də birbaşa yurisdiksiyasına qaytaracaq.

Siyasət rubrikasından digər xəbərlər