Ermənistan əhalisi Qarabağ ermənilərinə NİFRƏT ETMƏYƏ BAŞLAYIB - BU SƏBƏBƏ GÖRƏ

14:39 16.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində məskunlaşan ermənilərə "statusun verilməsi" ilə bağlı müzakirələr səngimir.

"Paşinyan Qarabağın statusu məsələsini rusların üzərinə ataraq, cəmiyyəti güzəştlərə hazırlayır".
Hafta.az erməni mediasına istinadla xəbər verir ki, bunu siyasi müşahidəçi Hayk Xalatyan deyib.

O hesab edir ki, PaşinyanQarabağa ayrılan maliyyə yardımından danışaraq, Ermənistanın da ciddi sosial problemləri olduğundan, oradakı ermənilərə qarşı nifrət yaradır:

"Paşinyan Ermənistan-Rusiya münasibətlərinə ciddi problemlər gətirəcək. Lakin Ukrayna böhranına görə Moskva bu məsələni təxirə salır. Üstəlik, Kreml Ermənistanın daxili siyasi vəziyyətinə qarışmır və bu, problemə çevriləcək".