Ermənistan mövqelərinin atəşə tutulması yalandır - MN

22:45 17.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə nazirlik bildirib.

Siyasət rubrikasından digər xəbərlər