Ermənistan özünü təcrid etməkləciddi böhran vəziyyətinə salacaq - Politoloq

14:21 15.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezidentin Mehri yolu açılmayacağı təqdirdə Azərbaycanın Ermənistanla hec bir sərhəd xəttini açmayacağı və 30 ildə olduğu kimi, yenə də dalanda qalacaqları ilə bağlı fikirlərinin, belə bir yanaşmanın tam əsasları var”.

Bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti politoloq Mətin Məmmədli deyib.

M.Məmmədli qeyd edib ki, Ermənistan 2020-ci il 10 noyabr bəyanatına əsasən üzərinə öhdəlik götürüb və həmin öhdəliyə görə İrəvan Zəngəzur dəhlizi vasitəsi ilə maneəsiz gediş -gəlişi təmin etməlidir.

“Bu öhdəlikdən 3 il keçməsinə baxmayaraq Ermənistan bu mövqeyindən yayınıb və maneəsiz yox, sadəcə yol verə biləcəklərini bildiriblər. Bu da Ermənistanın öhdəliyindən yayınmasıdır. Azərbaycan “Azərbaycandan Azərbaycana” prinsipi əsasında Mehridən dəmir yolu, avtomobil yolu ilə maneəsiz gedişin təmin edilməsini istəyir. Söhbət Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişin təminatından gedir”.

Ekspert hesab edir ki, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Amma təəssüf ki, Ermənistan digər öhdəlikləri kimi bunu da təhrif edir.

Ekspert bildirib ki, belə bir vəziyyətin davam etməsi ilk növbədə Ermənistanın özünün maraqları üçün ciddi təhdid yaradır.

“Azərbaycan Ermənistan da daxil olmaqla 8 dövlətlə quru, dəniz sərhəddi var. Ermənistanın isə yalnız Gürcüstan İranla sərhədləri var. Ermənistan özünü təcrid etməklə ciddi böhran vəziyyətinə salacaq. Bunu nəzərə almaqla Ermənistan rasional qərar verməli, öhdəliyini yerinə yetirməlidir. Kommunikasiyaların açılması Azərbaycanın, Ermənistanın, bütövlükdə bölgənin maraqlarınar, bölgədə rifahın yüksəlməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edir. Yaxşı olardı ki, Ermənistan bütün bunları nəzərə alsın”.