Ermənistan parlament binasının ətrafına tikanlı məftil çəkilir

20:15 09.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistan milli assambleyasının aparatı parlamentin ərazisinə müdaxiləni mümkün qədər çətinləşdirmək üçün əlavə təhlükəsizlik tədbirləri görməyə qərar verib.

Hafta.az xəbər verir ki, bu haqda  “Hraparak” qəzeti yazıb.

“İki gün əvvəl parlamentin darvazaları yenidən qaynaqlandı və dünən biz müşahidə etdik ki, bütün hasar boyunca tikanlı məftillər çəkilir. Onu da öyrəndik ki, elektrik naqilləri bütün divar boyunca keçir. Ona görə də ola bilsin ki, həbs düşərgələrində olduğu kimi, tikanlı məftillərə cərəyan birləşdirilsin ki, hasarın üstündən tullanmaq istəyənlər nəinki əl-ayaqlarını zədələsinlər, həm də də elektrik cərəyanı zərbəsinə məruz qalaraq parlamentin divarları altında ölsünlər.

Ərazidə olan işçilərdən biri bizə dedi ki, bu, tikanlı məftil deyil, “hasarın torları”dır. Bəlkə də tikanlı məftil təəssüratını yumşaltmağa çalışırdı. Parlamentin aparatı "təhlükəsizlik məqsədilə" tikanlı məftillər çəkdiklərini təsdiqləyib. Ancaq kimdən və hansı təhlükə gözlədiklərini dəqiqləşdirməyiblər”, – deyə erməni qəzeti yazır.

Siyasət rubrikasından digər xəbərlər