Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirildi-FOTO

09:07 02.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.

 

Siyasət rubrikasından digər xəbərlər