“Ermənistan siyasi elitası kilsənin manipulyasiyasından özünü azad etməlidir” - Tural Gəncəliyev

11:51 24.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan siyasi elitası kilsənin manipulyasiyasından, diasporanın revanşizmi körükləyən addımlarından özünü azad etməlidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan arasında münasibətlər normallaşan zaman hansısa ünsürlər ortaya çıxaraq prosesi pozurlar. O, bu ünsürlərin erməni kilsəsi, keşişləri olduğunu deyib.

“Bu gün erməni kilsəsi manipulyasiyalar etməyə çalışır. 150-200 il əvvəl Azərbaycanda peyda olan erməni keşişləri harada köhnə tikili görüb orda bir şam yandırıb oranı kilsə elan edirdilər”.

Deputat erməni keşişlərinin Qərbdən, Avropadan özlərinə dəstəkçi tapdığına təəssüflə yanaşıb.

Oxunma sayı 80