Yazını böyüt
Yazını kiçilt
Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 37 629 nəfərə çatıb.
Hafta.az-ın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 239 nəfər koronavirusa yoluxub.
Ermənistanda son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 719 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 27 357 nəfərdir.