Ermənistanda keşişlər dinə xəyanət edir - Ceyhun Məmmədov

11:21 24.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda ictimai siyasi gərginliyin əsas körükçüsü kilsə və onun başında duran Baqratyandır. Tarix boyu sülhə təhdid olan erməni kilsəsi xristian dininə xəyanət edir.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Ceyhun Məmmədov bildirib.

“Bütün dinlər sülhə çağırdığı halda erməni keşişləri əhalini müharibəyə çağırır, beləliklə də xristian dininə ləkə gətirirlər. Erməni xalqı müharibə istəmir, çünki 44 günlük müharibdən nəticə çıxarıblar. Ona görə də erməni xalqı köhnə separatçı rejminə öz yerinə bildirməlidir”.

Oxunma sayı 73