Ermənistanda revanşist cəmiyyətin müqaviməti qırılmaqdadır - Fəzail Ağamalı

12:12 24.05.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bölgədə sülhün bərqərar olunmasınada əsas addımlar atıldı. Qazaxın 4 kəndi azad olunub və digər kəndlərin də azad olunacağına şübhə ola bilməz. Bunun müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deyib.

F.Ağamalı qeyd edib ki, bölgəyə sülh və təhlükəsziliyin gəlməsi üçün erməni işğalına son qoyulmalı idi ki, 2020-ci ildə bunun əsası qoyuldu.

Onun sözlərinə görə, Prezident İlham Əliyev 44 günlük savaş və antiterror tədbirlərində əldə olunan qələbədən sonra 5 bəndlik sülh prinsipi ilə çıxış etməklə ölkəmizin qətiyyətli mövqeyini ortaya qoydu.

“Fransa kimi ölkələrin Azərbaycana qarşı qərəzli münasibəti, eləcə də Ermənistanda revanşist cəmiyyətin müqaviməti qırılmaqdadır. Ali Baş Komandan bölgəyə sülh gətirdiyinə görə Nobel mükafatına layiq olan siyasi lider kimi tarixə düşəcəkdir”.

Oxunma sayı 125