“Bu İrəvan tərəfindən törədilən açıq-aşkar siyasi-hərbi təxribatdır. Ermənilər bununla Brüssel razılaşmasını pozmağa çalışırlar”.
Hafta.az-ın yazdığına görə, bu sözləri rusiyalı beynəlxalq məsələlər üzrə ekspert Andrey Petrov deyib. Onun fikrincə, başqa bir məqam da odur ki, hadisə baş verən kimi, Paşinyan Putinlə telefonda danışıb və KTMT-nin iclasını çağırmağı tələb edib, eyni zamanda BMT-yə müraciət sənədi hazırladığını deyib.
“Məlumdur ki, hətta fövqəladə hallarda da müraciət sənədini hazırlamaq bir neçə gün vaxt aparır. Deməli, onlar təxribatdan öncə hər şeyi düşünərək hazırlıqlarını görüblər. Şübhəsiz ki, KTMT İrəvanın müraciətinə sadəcə sülh çağırışları ilə cavab verəcək. Ermənistan hazırda KTMT-dən uzaqlaşma prosesinə başlayıb, çünki onlar bu təşkilatdan öz məqsədləri naminə istədiklərini ala bilmirlər. Çox güman ki, ermənilər Ermənistanda Rusiyanı NATO ilə əvəz etməyə çalışırlar. Axı Paşinyan Vaşinqtonda Pentaqon rəsmiləri ilə görüşdə bütün bunları edəcəklərinə dair söz verib”, - deyib rusiyalı politoloq.