Ermənistandan keçmiş separatçı rejimə kredit kimi verilmiş vəsaitin taleyi necə olacaq?

15:41 30.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gələn il Ermənistan hökuməti  2023-cü ildə Azərbaycan Respublikası ərazisində artıq ləğv edilmiş gorbagor separatçı-terrorçu rejimə “kredit kimi ayrılmış pulları dövlətlərarası kredit kimi müxtəlif proqramların həyata keçirilməsi üçün istifadə edəcək”.

Hafta.az xəbər verir ki, bunu maliyyə naziri Vahe Ohanesyan Ermənistan parlamentində 2024-cü ilin dövlət büdcəsinin ilkin layihəsini təqdim edərkən bildirib.

Nazir bildirib ki, büdcə layihəsi sentyabrın sonunda, Qarabağdan ermənilərin köçməsi zamanı təqdim edilib. Təqdim olunan büdcə ssenarisi isə hökumətin 2024-cü ildə həyata keçirməyi planlaşdırdığı bütün tədbirlər və proqramları əhatə etmir.

Siyasət rubrikasından digər xəbərlər