Ermənistanın bu şəhərində türkcə danışan adam yaxalanıb polisə təhvil verildi

13:57 17.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində gözlənilməz hadisə baş verib. Sərnişinlər İcevan-Açacur avtobusunda telefonla türkcə danışan şübhəli şəxsi görüblər. Onu saxladıqdan sonra Türkiyə telefon nömrələrindən zənglər gəldiyini müşahidə ediblər.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

Məlumatın davamında deyilir ki, türkcə danışan insanı görən sərnişinlər sürücüdən avtobusu saxlamağı tələb edib və polisə zəng ediblər. 

Avtobusun sürücüsü  “Hraparak” a bildirib ki, sərnişinlər şübhəli şəxsin azərbaycanlı olduğunu düşünüblər, lakin polis onun azərbaycanlı deyil, türk olduğunu müəyyən edib.

“O, Türkiyədən gələn türk idi, polislər gəlib şöbəyə apardılar, başqa heç nə bilmədik”, – sürücü belə deyib. 

“Bizə bildirildi ki, türkcə sözlər eşidən sərnişinlər bir-birinə qarışıb qışqırıblar, lakin sürücü bizə açıqlamasında insanların türkə qarşı kifayət qədər dözümlü olduqlarını və panikanın olmadığını qeyd edib”, - erməni nəşri belə yazır. 

Siyasət rubrikasından digər xəbərlər