Ermənistanın eks-prezidentləri susurlar - “DEMƏYƏ SÖZLƏRİ YOXDUR…”

14:17 13.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, hazırda 49-dan çox qurbanımız var. Bu gərgin vəziyyətə baxmayaraq, üç keçmiş prezident susur. İstər 4 günlük(2016 Aprel) müharibə zamanı, istərsə də 44 günlük müharibə zamanı keçmiş prezidentlər bəyanatla çıxış edirdilər. Amma indi görünən odur ki, onlar da bu vəziyyətdən  çox ümidsizdirlər, ya da Nikol Paşinyana deyəcəkləri bir şey yoxdur, ona nəsə deməyi mənasız hesab edirlər".

Hafta.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.

"Ter-Petrosyanın və Robert Köçəryanın ofisləri zənglərimizə cavab vermədi, lakin biz Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın ofisindən aşağıdakını öyrəndik:

“Açıqlama olarsa, bundan xəbəriniz olacaq…”

Belə çıxır ki, əslində üçüncü prezidentin də hələ  deməyə sözü yoxdur”- erməni qəzeti belə yazır.

Siyasət rubrikasından digər xəbərlər