“Ermənistanın inkişafı Türkiyə və Azərbaycanla əlaqələrin düzəlməsindən asılıdır” – Türkiyəli ekspert

18:15 13.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan düşdüyü iqtisadi böhrandan çıxmaq, xaricdəki erməni diasporunun nəzarətindən qurtulmaq və iqtisadi-sosial müstəvidə inkişafını sürətləndirmək istəyirsə, Azərbaycanla sülh sazişi bağlamalı, sərhəd problemlərini həll etməlidir”.

Hafta.az-ın yazdığına görə, bu sözləri türkiyəli hərbi ekspert Kutay Karaca deyib. O əlavə edib ki, Ermənistanın gələcəyi Azərbaycan və Türkiyə ilə yaxşı qonşuluq münasibətlərinin var olmasından çox asılıdır. Amma bunun üçün ilk növbədə Ermənistanın daxilindəki Azərbaycanla əlaqələrin düzəlməsinə qarşı çıxan qrupların zərərsizləşdirilməsi lazımdır”, - deyib türkiyəli ekspert.

Siyasət rubrikasından digər xəbərlər