Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanında xidməti başa vurduqdan sonra onu Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində davam etdirirlər.
Hafta.az xəbər verir ki, tert.am-ın yazdığına görə, bu barədə “Freedom”un yazılı sualına cavab olaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətindən məlumat çatdırılıb.
“Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, Ermənistan-Türkiyə və Ermənistan-İran dövlət sərhədləri ərazilərində dövlət sərhədinin mühafizəsini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə İdarəsinin hərbçiləri həyata keçirirlər”, - deyə idarədən bildirilib.
Xatırladaq ki, iyulun 31-dən Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri onilliklər sonra “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyalarını Ermənistan tərəfinə təhvil veriblər.