Əsirlərin geri qaytarılması Brüsseldəki razılaşma ilə əlqəlidir - Politoloq

16:25 20.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 19-da Azərbaycan tərəfinin 10 erməni hərbi əsirini Ermənistan tərəfə qaytarması  Brüssel sammitində əldə olunmuş razılaşma ilə əlaqələlidir.

Bu fikirləri hafta.az-a politoloq Samir Hümbətov deyib.

Politoloq bildirib ki, 14 dekabr 2021-ci ildə Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şərq Tərəftaşlığı Sammiti çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə bütün məsələlər üzrə tam razılıq əldə edilməsə də, bəzi məsələlərdə razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən Ermənistan baş naziri Ermənistandan keçməklə Azərbaycan və Naxçıvan arasında dəmiryolu xəttinin açılmasına razılıq verib. Eyni zamanda Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında bir sıra humanitar məsələlərin həllində də razılıq əldə edilib ki, bunlardan biri də əsrlərin qaytarılmasıdır.

Onun fikrincə 10 əsirin geriyə verilməsi bir neçə aspektlərdə təhlil oluna bilər.

“Bu onu göstərir ki, Azərbaycan regionda sühün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün təkcə sözdə deyil, eyni zamanda əməli də addımlar atmağa hazırdır və bu da həmin addımların tərkib hissəsidir. Eləcə də, region dövlətləri kənar müdaxilə olmadan da bir-biri ilə dil tapmaq və uzlaşma əldə etmək qabiliyyətinə malikdirlər. Həmçinin, Ermınistan tərəfi də anlamağa başlayır ki, onun gələcək siyasi və iqtisadi təhlükəsizlik təminatı Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq yolu ilə mümkündür. Və Avropa İttifaqının əsas hədəf istiqamətlərindən biri də uzun müddətdir nüfuzunu möhkəmləndirmək istədiyi Ermənistanda əldə etdiyi fürsəti daha yaxşı dəyərləndirməkdən ibarətdir”.

S.Hümbətov hesab edir ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üçün qarşılıqlı addımların atılması və Türkiyənin bu prosesi Azərbaycanla kordinasiyalı aparması, həm Türkiyədən, həm də Ermənistanda danışıqlar üçün xüsusi nümayəndələrin təyin edilməsi onu göstərir ki, regionun siyasi konyukturası artıq dəyişməyə doğru gedir.

Siyasət rubrikasından digər xəbərlər