Bir vaxtlar Kolumbiyada ölkəni qana boyayan narkobaron Pablo Eskobara məxsus 70 begemotun Meksika və Hindistana göndəriləcəyi bildirilib.
Hafta.az-ın yazdığna görə, Antioquia bölgəsinin qubernatoru Anibal Gaviria açıqlamasında heyvan dostu olduqlarını vurğulayaraq, 70 begemotu Meksika və Hindistanda qorunan təbii yaşayış yerlərinə göndərmək qərarının alındığını qeyd edib. Gaviria, begemotların daşınması üçün Kolumbiyanın kənd təsərrüfatı və heyvandarlıq orqanlarından bəzi sənədlərin gözlənildiyini bildirib. Qeyd edilib ki, müvafiq olaraq, 10 begemot Meksikaya, 60-ı isə Hindistana göndəriləcək.
Göndərmənin təxminən 1 milyon dollara başa gələcəyi də təxmin edilir.
Ölümündən sonra Eskobarın bütün mal-dövləti, biri erkək olan dörd begemot istisna olmaqla, ölkə daxilindəki zooparklara köçürülüb.
Səlahiyyətlilərin ölkədəki begemot sayının onsuz da çox olduğunu və Eskobarın begemotlarının son 30 ildə çoxalmağa davam etdiyi üçün bu artım nisbətinin ekosistemə zərər verə biləcəyini əsas gətirərək bu heyvanları başqa ölkələrə göndərməyə qərar verdiyi ifadə edilir.
1949-cu ildə Rioneqro şəhərində doğulan Eskobar cinayət həyatına oğurluqla başlayıb və dünyanın ən böyük narkobaronlarından birinə çevrilib. Kolumbiyada hər mühitdə rüşvət, qətl və təhdidlərlə böyük güc qazanan Eskobar siyasətə qarışaraq parlamentə də yol tapıb.
Pablo Emilio Eskobar Gaviria 1993-cü ildə Medellin şəhərində ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin (DEA) əməkdaşlarının da dəstək verdiyi əməliyyatda öldürülüb.