Estoniya Finlandiya körfəzinin bağlanmasını təklif etdi

19:20 23.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Estoniya Finlandiya körfəzinin sularının “Rusiyadan gələn təhlükə” səbəbindən bağlanacağı təqdirdə fəaliyyət planı hazırlayır.

Postimees xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo məlumat verib.

Onun sözlərinə görə, Finlandiya körfəzinin bağlanma ehtimalı strateji təhlükəsizlik vəziyyətindən asılıdır. Nəşr qeyd edir ki, bu, texniki cəhətdən mümkündür, lakin belə bir tədbir iqtisadi və ekoloji problemlərə səbəb olacaq.

Ləman